Mixael Şumaxer Paris klinikasında müalicə aldıqdan sonra Fransanı tərk edib

16 Sentyabr 2019 08:37 (UTC+04:00)

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris klinikasında müalicə aldıqdan sonra Fransanı tərk edib.

SİA xəbər verir ki, bu barədə “BFMTV” telekanalının efirində “Le Parisien” qəzetinin jurnalisti Jan-Mişel Dekyuji bildirb.

“Şumaxer 9 sentyabrda bazar ertəsi günü Parisə gətirilib. Çərşənbə axşamı günü tibbi müayinələrdən keçib və cümə axşamı günü gecə vaxtı Fransadan aparılıb”, - Dekyuji belə deyib.

Onun bildirdiyinə görə, keçmiş yarışçıya kök hüceyrələrinin əlavə olunduğu qan köçürülüb.

Rəsmi olaraq, müalicə kursu ilə bağlı hər hansı bir məlumat verilməyib.