Türkiyə-Suriya sərhədində baş vermiş partlayış nəticəsində azı 12 dinc sakin ölüb

16 Sentyabr 2019 00:54 (UTC+04:00)

Türkiyə-Suriya sərhədində baş vermiş partlayış nəticəsində azı 12 dinc sakin ölüb, daha 25 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Suriyanın Ər-Rai yaşayış məntəqəsindəki nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.

Bildirilir ki, partlayış partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində meydana gəlib.