Rafiq Hüseynov finalda uduzaraq gümüş medalla kifayətlənib

15 Sentyabr 2019 20:13 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən Rafiq Hüseynov final görüşünə çıxıb.

SİA xəbər verir ki, 82 kq çəki dərəcəsində yer alan Hüseynov finalda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşıb. Rəqibinə 3:5 hesabı ilə uduzan Hüseynov gümüş medalla kifayətlənib.