Nəsimi rayonunda bir nəfər şəxs hündürlükdən yıxılaraq ölüb

15 Sentyabr 2019 06:46 (UTC+04:00)

Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

A xəbər verir ki, R.Məmmədov küçəsində yerləşən yeraltı dayanacaqda təxminən 45-50 yaşlı kişinin meyiti tapılıb.

Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Prokurorluq əməkdaşlarının ilkin ehtimalına görə, ölən şəxs hündürlükdən yıxılaraq ağır xəsart alıb.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.