Rusiyanın Yaroslavl vilayətində 8 insanın ölümü ilə nəticələnən yol qəzası baş verib

15 Sentyabr 2019 05:25 (UTC+04:00)

Rusiyanın Yaroslavl vilayətində xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin yük avtomobilinin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.