AFFA daha bir referini hakimlikdən kənarlaşdırdı

23 Fevral 2011 00:35 (UTC+04:00)
AFFA-nın Hakimlər Komitəsi qərar verib. Siasport.az saytı xəbər verir ki, qərara əsasən, U-13, U-14, "Kapital Bank U-15", "Azercell U-17" liqalarına, Həvəskarlar Liqasının və əvəzedici heyətlərin oyunlarına referi və ehtiyat hakim kimi təyinat alan I dərəcəli hakim Rəhimov İsmayıl Akif oğlu davranış qaydalarını pozduğuna və həmkarlarına qarşı qeyri-etik hərəkətlərinə görə Hakimlər Komitəsinin Nizam-İntizam Kodeksinə əsasən, AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda hakimlikdən kənarlaşdırılıb.