Prezident yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

14 Sentyabr 2019 13:55 (UTC+04:00)

Prezident İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin etimadnaməsini qəbul edib.

Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini də qəbul edib.