İngiltərə çempionatında partlayıcı maddə həyəcanı

14 Sentyabr 2019 13:59 (UTC+04:00)

İngiltərənin aşağı liqası Çempionşipdə VII turu xoşagəlməz hadisə ilə gündəmə gəlib. SİA-nın məlumatına görə, “Derbi” və “Kardiff Siti” arasında matçdan öncə stadiondakı futbolçular və azarkeşlər təxliyə olunub.

“Prayd Park” stadionunda yaşananlara arenaya bomba yerləşdirilməsi şübhələri səbəb olub. Matç başlamazdan öncə stadionun diktoru fövqəladə vəziyyətlə əlaqədar hamını stadionu tərk etməyə çağırıb.

Xoşbəxtlikdən şübhələr əsassız olub. 5 dəqiqə sonra futbolçu və azarkeşlər yerlərinə qayıdıb. Nəticədə oyunun vaxtında başlanılması mümkün olub.

Qeyd edək ki, sonradan baş tutan “Derbi” - “Kardiff Siti” matçı 1:1 hesabı ilə bitib.