Şirvanda kanalizasiya quyusuna düşərək ölən kimdir?

14 Sentyabr 2019 10:59 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər kanalizasiya quyusuna düşüb. Nazirlikdən SİA-nın Aran bürosuna verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1948-ci il təvəllüdlü Babayev Şahmirzə Fərid oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. ​