Kəmalə kameranın qabağında saçlarını kəsdi

14 Sentyabr 2019 10:36 (UTC+04:00)

Aparıcı Kəmalə Piriyeva görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, o, uzun saçlarından imtina edib. Maraqlısı isə odur ki, Piriyeva saçlarını özü kəsib.

Kəmalə telefonunun kamerasını açaraq, saçlarını kəsə-kəsə video çəkib. O, videonu "Sürpriz... Kəsdim. Bir az əyri oldu, amma ustam düzəldəcək" sözləri ilə paylaşıb.

Həmkarı Elcan Rəsulovun "Depressiyadasan" sualına aparıcı "Deyəsən" cavabını verib.

Bir çox aparıcılar və müğənnilər də Piriyevanın paylaşımına şərh yazaraq, təəccüblərini gizlətməyiblər.