Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Bakı səhnəsində çıxış edəcək

14 Sentyabr 2019 04:31 (UTC+04:00)

Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Bakıda - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

SİA xəbər verir ki, belaruslu aktyor macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasında əsas rollardan birini ifa edəcək.

Sentyabrın 27-də nümayiş olunacaq səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.