Stadion və Təhlükəsizlik Konfransı keçirilir

12 Sentyabr 2019 14:04 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afina şəhərində UEFA-nın Stadion və Təhlükəsizlik Konfransı keçirilir. SİA-nın məlumatına görə, AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev, həmçinin “Qarabağ” Futbol Klubunun və Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tədbirdə iştirak edir.