“Bakı Metropoliteni” gələn il yeni qatarlar alacaq

12 Sentyabr 2019 13:55 (UTC+04:00)

“Bakı Metropoliteni” gələn il yeni qatarlar alacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq.

Qeyd edək ki, cari ildə “Bakı Metropoliteni” 30 yeni vaqon alaraq istismara verib.