İran gəmiləri son 23 ildə ilk dəfə Süveyş kanalına daxil olublar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə kanal administrasiyasının nümayəndəsi məlumat verib. Məlumata görə, hərbi gəmilər Bakı vaxtı ilə 07:45-də kanalın şlüzünə yaxınlaşıb və hazırda onlar Aralıq dənizinə tərəf istiqamət alıb. Onlardan biri hərbi freqat ("Alvand"), digəri isə təchizat ("Hark") gəmisidir.
Bu, son 23 ildə İran hərbi gəmilərinin Süveyş kanalına daxil olmasına dair ilk faktdır. Bir hərbi gəmi və freqat hazırda Süveyş kanalını keçərək Suriyaya doğru hərəkət edirlər. İran gəmilərinin kanala daxil olmasına icazəni Hüsnü Mübarək istefa verdikdən sonra Misirdə hakimiyyətə nəzarət edən Silahlı Qüvvələr Ali Şurası verib. İsrailin xarici işlər naziri Aviqdor Liberman İran gəmilərinin Süveyş kanalı ilə hərəkətinə icazə verilməsini rəsmi Tehranın təxribatı adlandırıb.