İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisi müəyyənləşib

12 Sentyabr 2019 07:12 (UTC+04:00)

İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisini Albert Selades çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə "Real"da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb.