Bakıda "Toyota Prado" 43 yaşlı kişini avtomobil vurub

12 Sentyabr 2019 05:58 (UTC+04:00)

Bakıda 43 yaşlı kişini avtomobil vurub.

A xəbər verir ki, Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Toyota Prado" markalı minik avtomobili Babək prospektində yerləşən keçmiş avtomobil bazarının yaxınlığında 43 yaşlı Şirəliyev Xaliq Yusif oğlunu vuraraq ona xəsarət yetirib. Hadisəni törədən sürücü yaralını ağır vəziyyətdə xəstəxanaya yerləşdirib. X.Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.