Kanadanın Baş Naziri ölkə parlamentinin buraxıldığını elan edib

12 Sentyabr 2019 00:48 (UTC+04:00)

Kanadanın Baş Naziri Castin Trüdo ölkə parlamentinin buraxıldığını elan edib.

SİA xəbər verir ki, Baş Nazir bunu xalqa müraciətində bildirib. Onun müraciəti bütün federal telekanallarda canlı yayımlanıb.

“Bir neçə dəqiqə əvvəl Kanadanın general-qubernatoru parlamentin buraxılması barədə ərizəmi qəbul etdi. Kanadalılar seçki məntəqələrinə oktyabrın 21-də gələcəklər”,- Castin Trüdo xalqa müraciəti zamanı belə deyib.

Ənənəyə uyğun olaraq, hökumət başçısı bu gün səhər ölkənin general-qubernatoru Jüli Peyettin iqamətgahına gəlib və ondan milli parlamentin buraxılmasını xahiş edib. Həmin andan Kanada tarixində 43-cü seçkiqabağı kampaniya başlayıb.