"Valensiya" baş məşqçisini istefaya göndərdi

11 Sentyabr 2019 21:35 (UTC+04:00)

"Valensiya" baş məşqçisi Marselino Qarsiya Toralı istefaya göndərib. Bu barədə klubun saytı məlumat yayıb. İstefanın səbəbi açıqlanmayıb. İspaniya mətbuatı komanda daxilində fikir ayrılıqları olduğunu yazıb. "Valensiya"nın sahibi Piter Limomla Marselino arasında münaqişələrin olduğu iddia olunub.

Qeyd edək ki, "Valensiya" La Liqada 4 xalla 10-cu pillədə qərarlaşıb.