Bakı Limanı sosial aksiya keçirib

11 Sentyabr 2019 18:39 (UTC+04:00)

Bakı Limanı Ələt qəsəbəsində yerləşən 302 saylı orta məktəbin bu il birinci sinfə gedəcək şagirdlərinə çanta və digər məktəb ləvazimatları hədiyyə edib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən SİA-ya bildirilib ki, Bakı Limanı, Qaradağ Rayon İcra Hakimiyyəti və Ələt qəsəbəsinin bələdiyyə nümayəndələri uşaqları təbrik edib, onlara yeni dərs ilində uğurlar diləyiblər.