"Əziyyətlərimin mükafatını aldıqca qürurlanıram" Fatimə

11 Sentyabr 2019 16:36 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin solisti olub. SİA-nın məlumatına görə, sənətçi vəsiqəsini ötən gün alıb.

Şəklini "İnstagram" səhifəsində paylaşan Fatimə "Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin estrada solisti olaraq, rəsmi vəsiqəmi aldım. Kollektivə təşəkkür edirəm. Bacım Nara, çox sağ ol, hər uğurumda yanımdasan. İnşallah, tezliklə cənab Prezidentin imzaladığı "Əməkdar artist" vəsiqəmi almaq qismət olar. Azərbaycan incəsənətində 22 ildir çəkdiyim əziyyətlərimin mükafatını aldıqca, daha da qürurlanıram" deyə, bildirib.