Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək

22 Fevral 2011 18:33 (UTC+04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 5 məsələ daxildir. İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təsdiq olunması gözlənilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik ediləcək.

İclasda həmçinn "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr ediləcək, Azərbaycan Respublikası Gömrük Məcəlləsi müzakirə olunacaq.