"Ermənistanın “Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir"

11 Sentyabr 2019 15:55 (UTC+04:00)

"Ermənistanın “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən istismar edilməsi ilə bağlı əldə edilən razılaşma Paşinyan hökumətinin növbəti uğursuzluğuna çevrilib və erməni ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Bu layihə təkcə daxili narazılıq yaratmır, eyni zamanda, Ermənistanın xarici siyasətində də ciddi problemlərə səbəb ola biləcək hadisə kimi qiymətləndirilir. Əgər daxili narazılıq ekoloji problemlər və şirin su mənbələrinin yoxolma ehtimalı ilə əsaslandırılırsa, xarici siyasətdə narazılıqlar Ermənistana Qərb investisiyasının cəlb edilməsi ilə işğalçı ölkədə Rusiya sərmayəsinin sıxışdırılması ilə əlaqələndirilir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, daxili və xarici siyasətlə əlaqələndirilən təhdidlər Paşinyanı çıxılmaz vəziyyətə salır və hər iki amil getdikcə daha təhlükəli həddə çatır. Hələlik “Lydian Armenia” şirkətinin işləri bərpa etməsi üçün 2020–ci ilə qədər fasilə götürməsi Paşinyan üçün bir siyasi “nəfəslik” rolunu oynasa da, bir qədər sonra onun bu problemlə daha ciddi və sərt şəkildə üzləşəcəyini qaçılmaz edir.

H.Babaoğlu vurğulayıb ki, Paşinyanın vəziyyətdən optimal çıxış yolu tapması faktiki olaraq mümkün deyil. Çünki 2020-ci ildə qızıl yatağının istismarı ilə bağlı işlərin yenidən başlayacağı təqdirdə Paşinyana da şimal mənşəli təzyiqlərin başlanacağı istisna deyil. Belə olan halda isə bu layihənin realizə olunması çox mürəkkəb görünür. Ancaq ən əsas məsələ odur ki, belə vəziyyətdə Paşinyanın ictimai rəyi manipulyasiya etdiyi son kart da onun əlindən çıxmış olacaq. Çünki məhz “Amulsar” qızıl yatağından əldə etdiyi gəlirlərə güvənərək 2025–ci ildən sonra Ermənistan iqtisadiyyatında sıçrayışlı inkişafın olacağı vədini vermiş Paşinyan bu vədini də yerinə yetirə bilməyəcək. Əgər o vaxta qədər hakimiyyətdə qalmağı bacarsa belə, ondan sonra hakimiyyətlə mütləq vidalaşmalı olacaq. Hazırda bu məsələnin təkcə Ermənistanın daxilində deyil, xaricdə də fəal müzakirə mövzusuna çevrilməsi Ermənistanın qərb mənşəli tərəfdarlarının da Paşinyana təzyiqi ilə nəticələnə bilər ki, bu məsələnin həllini tapmaması onu dilemma qarşısında qoyaraq siyasi intiharına gətirib çıxara bilər. Ona görə də Paşinyan xalqını sülhə hazırlamalı və Azərbaycanın işğal edilmiş torpaqlarından öz quldur dəstələrini çəkməlidir. Onun başqa çıxış yolu yoxdur.

Hikmət Babaoğlu əlavə edib ki, “Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir. Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşi