Yaxın Şərq ölkələrində, əsasən Liviyadakı nümayişlər dünya bazarında neftin qiymətində kəskin təsir edib. SİA-nın xəbərinə görə, beynəlxalq neft təchizatı ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti kəskin artıb. London birjasında "Brent Crude Oil" markalı neft 3,22 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 105,74 dollara çatıb.
ABŞ-da "Prezidentlər günü"nün bayram edilməsi ilə əlaqədar Nyu-York birjası işləməyib. Əvvəlki ticarət günün gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1 barelə görə 86,20 dollar təşkil edib.