Moskvada azərbaycanlı qətlə yetirilib

22 Fevral 2011 09:56 (UTC+04:00)

Moskvanın cənubunda maşına atəş açılıb. Hadisə nəticəsində maşının sürücüsü həlak olub.

SİA-nın xəbərinə görə, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, həla kolan Azərbaycan vətəndaşıdır. Onun Moskvada topdansatış göyərti ticarəti ilə məşğul olduğu bildirilir.

Milisdə hesab edirlər ki, o, soyğunçuluq məqsədilə hücuma məruz qalıb. Soyğunçular maşında nəqd pul daşındığını biliblər. Azərbaycan vətəndaşı soyğunçulara müqavimət göstərmək istəyib. Onun 900 min rubl pulu qarət edilib.