İtkin düşən 3 yaşlı qız tapıldı

11 Sentyabr 2019 09:25 (UTC+04:00)

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.