Filippin sahillərində 5,6 bal gücündə zəlzələ olub

11 Sentyabr 2019 09:12 (UTC+04:00)

Filippin sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Saranqani əyalətindən 206 kilometr cənub-şərqdə, ocağı 23,6 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.