İranda Aşurada faciə: 9 yaşlı uşaq həlak olub

10 Sentyabr 2019 20:12 (UTC+04:00)

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Əhər rayonunun Əliabad məhəlləsində pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Murtaza Hüseynzadə deyib.

M.Hüseynzadənin sözlərinə görə, qəza nəticəsində 9 yaşında uşaq həlak olub, 5 nəfər ağır xəsarət alıb. M.Hüseynzadə əlavə edib ki, yaralılar vəziyyəti ağır olduğuna görə dərhal Təbrizə göndərilib.