Ötən il paytaxt bələdiyyələrinin vəziyyəti daha 34% faiz pisləşib
22 Fevral 2011 04:42 (UTC+04:00)
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin apardığı araşdırmalardan belə məlum olub ki, ölkə bələdiyyələrinin maliyyə durumu 2009-cu illə müqayisədə 2010-cu ildə 34 % pisləşib. Paytaxt bələdiyyələrinin büdcə gəliri yalnız fiziki şəxslərdən torpaq və əmlak vegisindən formalaşdırılıb. "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyindən SİA-ya verilən məlumatda belə deyilir.
Paytaxtda bələdiyyələr torpaq fonduna sahib olmadıqlarına görə hərrac keçirilməmiş və nəticədə bu istiqamətdən yerli büdcəyə maliyyə vəsaiti daxil olmayıb. Ictimai birliyin 20 bələdiyyədə apardığı təhlillərə görə, 42% bələdiyyə ötən il əməkhaqqını vaxtınada ödəyə biməyib, 29 % bələdiyyənin DSMF-yə borcu qalıb. 2010-cu ildə müşahidə aparılan bələdiyyələrdəki əsas problem ərazilərindəki özbaşına zəbt edilmiş torpaq sahələrinin özələşdirilməsinə "yaşıl işığın" yandırılmaması olub.
Hazırda, bu istiqamətdə addımın atılması yerli büdcəyə orta hesabla 1 milyard manat vəsaitin daxil olmasına imkan verə bilər.
Qeyd edək ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib. İctimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.