Ermənistanda nəqliyyat problemi

10 Sentyabr 2019 17:09 (UTC+04:00)

İrəvanda nəqliyyatın çökməsinin qarşısını almaq üçün 800-ə yaxın yeni avtobus lazımdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə İrəvan meri Ayk Marutyan bildirib.

Məlumata görə İrəvanın meri qeyd edib ki, indi "Sanitek" şirkəti ilə müqaviləyə xitam verilməsinin qanuni prosesi gedir və o qədər düzgün və aydın hərəkətlər etdik, heç narahat olmayacağıq.

Mer söz verib ki, indi qurulan zibil toplama sistemi gələcəkdə kimin İrəvan meri olmasından asılı olmayaraq, İrəvan sakinləri üçün problem yaratmayacaq.

Lakin, ictimai nəqliyyat probleminə toxunan İrəvan meri bu problemin yaxın iki ildən tez həll olunmayacağını deyib. O, qeyd edib ki, paytaxtda nəqliyyatın çökməsini aradan qaldırmaq üçün təxminən 800 yeni avtobus lazımdır.

Göründüyü kimi , İrəvanın meri paytaxtda nəqliyyatın çökdüyünü və hələ ən azı iki il bunun problem olaraq qalacağını, bu müddət ərzində problemin öhdəsindən gəlməyin mümkünsüzlüyünü etiraf edib.