Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA xəbər verir ki, 2001-ci il təvəllüdlü Mustafayev Anar Şəmsəddin oğlu tanıdığı şəxslə mübahisə edərkən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.