Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək.
SİA-nın məlumatına görə, sentyabrın 11-15-də Hollandiyanın Emmen şəhərində keçiriləcək yarışda ölkəmiz Mehman Ramazanzadə ilə təmsil olunacaq.
İdmançımız yarışda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb.
Xatırladaq ki, para-velosiped idman növünün ölkəmizdə inkişafına ötən ildən başlanıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.