Yasamal rayonunda intihara cəhdin qarşısı alınıb arşısı

8 Sentyabr 2019 22:04 (UTC+04:00)

Yasamal rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

SİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.