ABŞ prezidentliyə namizəd kasıb ölkələrdə qadınların doğuşlarına abort yolu ilə nəzarətin vacibliyini bildirib

8 Sentyabr 2019 08:56 (UTC+04:00)

ABŞ-ın Demokratik partiyasından prezidentliyə namizəd Berni Sanders kasıb ölkələrdə qadınların doğuşlara abort yolu ilə nəzarət etməli olduğunu bildirib.

A xəbər verir ki, o bu barədə “Fox News” telekanalında iqlim problemləri ilə bağlı bir proqramda çıxışı zamanı deyib.

Bildirilir ki, şou proqram zamanı bir qadın planetin əhalisinin sayının idarə edilməsində mövqeyini öyrənmək üçün namizədə müraciət edib. Sanders qeyd edib ki, qadınlar öz həyatlarını idarə etməli və reproduktiv sağlamlıq mövzusunda sərbəst qərar vermək hüququna sahib olmalıdırlar.

“Düşünürəm ki, qadınların çoxlu uşağa sahib olmağı o qədər də istəmədiyi dünyanın xüsusilə kasıb ölkələrində doğuşa nəzarət imkanına sahib olmalıdırlar”, - Sanders belə deyib.

Ancaq amerikalı namizədin bu sözlərini ictimaiyyət birmənalı qarşılamayıb.