“Səməni” Musiqili Komediya Teatrının səhnəsində

22 Fevral 2011 00:36 (UTC+04:00)

Musiqili Komediya Teatrı Novruz bayramının yüksək səviyyədə keçirilməsini, habelə milli adət-ənənələrimizin, mədəniyyətimizin yaşadılmasını və geniş şəkildə təbliğini təmin etmək məqsədilə repertuara bu mövzuda əsər daxil edib. Bu abrədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib.

Məlumata görə, bu məqsədlə teatr gənc yazıçı Günay Həsənoğlunun "Səməni" əsərini hazırlamağa qərar verib.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, rəssamı Nabat Səmədova, baletmeysterlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Mehman Fərəcovdur.

Tamaşada əsas rollarda əməkdar artist Əkbər Əlizadə, aktyorlardan Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xaıyev, Afaq Abbasova, Hüseyn Əlili, Kamil Osmanlı, Elçin İmanov, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Ağaxan Şərifov, Elməddin Dadaşov, Mehriban Zalıyeva iştirak edəcək.

Qeyd edək ki, tamaşa təkcə Novruz şənlikləri günlərində deyil, başqa vaxtlarda da təqdim olunacaq, gənc nəslə milli adət və ənənələrimiz barədə ətraflı məlumat verəcəkdir.