TRT Bakı Təmsilçiliyi 26 fevral - Xocalı soyqırımı ilə əlaqədar "Duyun artıq" adlı yeni film çəkib. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 30 dəqiqəlik filmin təqdimatının fevralın 22-də səfirlikdə keçirilməsi nəzərdə tutulub.
Filmin təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov, TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.