Yaponiyanın Baş naziri Vladivostoka səfər edib

4 Sentyabr 2019 14:58 (UTC+04:00)

Yaponiyanın Baş naziri Şinzo Abe Vladivostoka səfər edib. Səfər çərçivəsində Abe Şərq İqtisadi Forumunun (WEF) plenar iclasında çıxış edəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Abenin Putinlə ikitərəfli əməkdaşlıq və sülh müqaviləsinin problemlərini müzakirə edəcəyi gözlənilir.

Yaponiya baş nazirinin təyyarəsi artıq hava limanına eniş edib.