Liviyada iğtişaşlarda ölənlərin sayı 173-ə çatıb

21 Fevral 2011 07:28 (UTC+04:00)
Liviyada təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayişçilərə yenə atəş açıb. SİA-nın məlumatına görə, şahidlər bildiriblər ki, ölkənin ikinci böyük şəhəri olan Benqazidə təhlükəsizlik qüvvələri bir gün öncə qətlə yetirilmiş etirazçıların dəfnində iştirak edənlərə atəş açıb. Human Rights Watch iğtişaşlar başlayandan Liviyada ölənlərin sayının 173 olduğunu bildirir.