Cənubi Afrika Respublikasında kütləvi iğtişaşlar zamanı 5 nəfər öldürülüb, yaralananlar var.
SİA "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qautenq vilayətinin polisi bildirib. Məlumata əsasən, 5 ölüm halı Yohannesburqda qeydə alınıb. Bildirilir ki, xəsarət alanların çoxu həmin ölkənin vətəndaşlarıdır. Rəsmilər bildirir ki, cəmiyyətlərarası gərginliyin davam etdiyi bölgələrə əlavə polis qüvvələri yerləşdirilib. İğtişaşlarda iştirak edən 189 nəfərin həbs olunduğu vurğulanır.
Qeyd edək ki, ötən həftənin ortalarından etibarən, Yohannesburq və Pretoriya da daxil olmaqla ölkənin böyük şəhərlərində iğtişaşlar baş verib, nəticədə bir çox dükanlar talan edilib.
"SABC" dövlət televiziya və radio şirkətinin məlumatına görə, şəhər zorakılığının baş verməsinin səbəbləri cəmiyyətlərarası münasibətlər və cənubi afrikalılarla digər Afrika ölkələrinin vətəndaşları arasında yaranmış qarşıdurma halları olub.