Stiven Cerrardın baş məşqçisi olduğu “Reyncers” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun saytında yer alan məlumatda deyilir ki, Qlazqo təmsilçisi Cerrardın sabiq komandası “Liverpul”dan Rayan Kenti transfer edib. 22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Qeyd edək ki, son mövsümü "Reyncers"də icarə əsasında oynayan Kent Şotlandiyada ilin ən yaxşı gənc futbolçusu seçilmişdi.