Ərdoğan ABŞ-a gedir

3 Sentyabr 2019 20:32 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 26-dək ABŞ-da rəsmi səfərdə olacaq. “Report” dövlət başçısının dəftərxanasına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyasında iştirak edəcək.

Belə ki, rəsmi açılışı sentyabrın 17-də keçiriləcək sessiyada ümumi müzakirələr ayın 24-dən başlayacaq.