Liviyada nümayişçilərə qarşı repressiyalar güclənir

20 Fevral 2011 10:17 (UTC+04:00)

Liviyada təhlükəsizlik qüvvələrinin nümayişlərin dağıdılması zamanı həlak olan nümayişçiləri anmaq üçün toplaşmış kütləyə atəş açılıb. SİA-nın məlumata görə, "Associated Press" agentliyi Benqazidə bir xəstəxananın rəsmisinə istinadən 15 nəfərin öldüyü haqda xəbər verib.

Agentliyinin məlumatına əsasən, təhlükəsizlik qüvvələri Benqazidə nümayişçilərin düşərgəsinə hücum edib. Human Rights Watch Liviya lideri Müəmmar Qəzzafi əleyhinə aksiyalarda bu həftə 84 adamın öldürüldüyünü bildirir.