Əli Kərimli "İŞİD"ə dost, xalqına düşmən kəsilib

3 Sentyabr 2019 16:03 (UTC+04:00)

AXCP sədrinin satqın və xəyanətkar əməllərinə dair yeni faktlar üzə çıxıb

Daxili çəkişmələr və qarşıdurmalar artıq müxalifət üçün adi hal kimi qiymətləndirilir. Məhz buna görə də, müxalifət hansısa təşkilatda və qurumda birləşə bilmir. Fikir versək, bir daha aydın olar ki, dağıdıcı xislətli partiya sədrləri bu günədək müxtəlif qondarma qurumlar və bloklar daxilində "birləşdikləri"ni elan etsələr də, birinci partiya , aparıcı lider olmaq iddiaları səbəbindən, həmin qurumlar dağılaraq tarixin arxivinə atılıb. Xüsusilə, taleyüklü tədbirlər ərəfəsində meydana çıxan partiya sədrləri bir-birinə əl uzadaraq, "dostlaşdıqlar"ını elan edir və birgə seçki takktikası həyata keçirəcəklərini vurğulayırlar. Amma az sonra birlik fiaskoya uğrayır və tərflərarası qarşıdurma yeni formada gündəmə gəlir. Bu gün bu proses "Milli Şura" adlanan qondarma qurumun timsalında müşahidə olunur. Anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edən "Milli Şura" təxribat və pozuculuq aktları törətmək üçün fəaliiyyətini hələ də davam etdiri. Çünki anti-Azərbaycan dairələrin sifariş və dəstəyi ilə ölkəmizdə xaos və anarxiya yaratmaq missiyasını üzərinə götürən "Milli Şura"da bir Əli Kərimli və ona züytutanları Cəmil Həsnli, Gültəkin Hacıbəyli, eləcə də, manqurtlaşmış iki-üç nəfər qalıb. Sadəcə, hikkə və özünəvurğunluq Ə.Kərimliyə qurumu buraxmağa imkan vermir. Əslində, AXCP sədri Ə. Kərimlinin müxalifətçilik pərdəsi altında qisasçılıq ideologiyası ilə çıxış etməsi kimsəyə sirr deyil. Onun social şəbəklərdə hədələyici bəyanatlarla çıxış etməsi, təxribat xarakterli bəyanatlar sələndirməsi də bunu bir daha təsdiqləyir. Hətta Ə.Kərimli saxta partiya vəsiqələri verməklə xaricə göndərdiyi və mühacir adı ilə çıxış edən qohum-əqrəbası vasitəsi ilə Azərbaycan cəmiyyətini təhdid edən açıqlamalar verməyə məcbur edir.

Əli Kərimlinin təxribatçı olduğu sübuta yetirilir

Nəzrə almaq lazımdır ki, AXCP-dəki trolların sosial şəbəkələrdəki fəaliyyətlərinə birbaşa Ə.Kərimli özü nəzarət edir və bir çox hallarda tapşırıqlar verib, statuslara da müdaxilə edir.Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun terrorçu, qaniçən "İŞİD"ə haqq qazandırması və terrorçu şəbəkəni baş kəsmək üçün ölkəmizə dəvət etməsi AXCP sədrinin xislətini ortaya qoymuş olur. Ə.Kərimlinin terrorçuluğa meyilli olmasına daha bir misal Nardaranda baş verən qanlı terror hadisələri zamanı "Milli Şura"nın üzvü Tale Bağırzadəyə Ə. Kərimlinin dəstək verməsi, onu deməyə əsas verir ki, bu şəxslərin məqsədi, hansı çirkin üsullarla olursa-olsun, ölkəmizdə qarşıdurma yaratmaqdan ibarətdir. AXCP sədrlərinin ardınca, onun müavini Fuad Qəhrəmanlı da radikalizm siyasətindən terrora keçidi dəstəklədiyini gizlətməyib. Eləcə də, müavini Seymur Həzinin qaynatası, "Milli Şura"nın üzvü Tofiq Yaqublunun İsmayıllıda təxribatlar vasitəsi ilə qarşıdurma yaratmağa cəhd etməsini də Ə.Kərimlinin "dosyesi"nə əlavə etsək, "Yurd" şefinin dağıdıcı xarakterə malik olduğunu bir daha görmək olar. Söz yox ki, Ə.Kərimli təxribatlar, məkrlin palanlar həyata keçirməyi özünün ağlı və düşüncəsi ilə həyata keçirməyə cəhd etmir, onu bu kimi məsələlərə xaricdən təhrik edirlər. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da var. Dəfələrlə bəd əməllərinə görə ifşa olunub. Amma buna baxmayaraq, o, anti-Azərbaycan dairələrlə əməkdaşlıqm münasibətlərini davam etdirməkdədir. Səbəb də, onlardan maddi və mənəvi baxımdan asılı olmasıdır.

Satqılıqla varlanmaq olmaz

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xaricdən aldığı pulları heç də partiyasına xərcləmir. Hətta xaricdən təxribatçı əməllərinə görə, həbs edilən çəbhəçilərə çatdırılmalı olan maliyyə vəsaitini də, Ə.Kərimli mənimsəyir. Ortada olan faktlardan biri də budur ki, Ə.Kərimli 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib, yəni parlamentin deputatı olub və sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığını da deyir. Eləcə də, özü və ətrafı dəfələrlə iddia ediblər ki, heç vaxt beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Bu halda sual yaranır, əgər heç bir yerdə işləmirsənsə və biznesin yoxdursa, bu halda Böyük Britaniyada evləri və Türkiyədə obyektləri hansı vəsait hesabına almısan? Cəbhəçi ağzıgöyçəklər uydura bilərlər ki, Ə.Kərimli bu vəsaiti AXC-Müsavat hakimiyyəti dövründə əldə edib. Əgər belədirsə, deməli, Ə.Kərimli və onun ətrafı antimilli mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər. Bunun fonunda ölkənin sərvətini talamaqla məşğul olub. Bu kimi fikirlər inadırıcıdır və ola bilər. Çünki cəbhəçilərlə yanaşı cəmiyyət də, Ə.Kərimli və onun ətrafında olanlar AXC-Müsavat hakimiyyəti dövründə dövlətçiliyin müdafiəsinə deyil, daha çox ölkənin sərvətlərini talamaqla məşğul olublar. Ancaq bununla yanaşı bu tör-töküntülər bu gün də, bəd əməllərini xarici maraqlı dairələrə işləməklə davam etdirir və bunun qarşılığında külli miqdarda maliyyə vəsaitləri alırlar. Bir el məsli var, satqınlıqla varlanmaq olmaz. Ə.Kərimli və "Milli Şura"da təmsil olunan tör-töküntülər Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaqla varlana bilməzlər, buna olsa-olsa, yaşamaq demək olar. Buna da yaşamaq demək olarsa, necə ki, Ə.Kərimli yaşayır.
İ.ƏLİYEV