Malta səfərinə hazırlaşan U-19-un heyətində dəyişiklik edilib

3 Sentyabr 2019 09:32 (UTC+04:00)

Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. SIA-nın məlumatına görə, “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.

Xatırladaq ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.