Əhməd Davudoğlu AKP-dən xaric edilir

2 Sentyabr 2019 23:10 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnanın rəhbərliyi ilə AKP-nin Mərkəzi İdarə Heyətinin iclası keçirilib.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, mediaya qapalı şəkildə keçirilən iclas 4 saat 40 dəqiqə davam edib. İclas zamanı komitə üzvlərheyət üzvləri Əhməd Davudoğlunun, Ayxan Səfər Üstünün, Abdullah Başçının və Səlcuq Özdağın partiyadan xaric olunmasını istəyiblər.

Bu tələb Mərkəzi İntizam Komitəsinə təqdim edilib.