Astarada “Narkotiklərsiz XXI əsr”

19 Fevral 2011 22:19 (UTC+04:00)

Astarada "Narkotiklərsiz XXI əsr" mövzusunda seminar keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə düzənlənən və rayondakı orta ixtisas və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdlərinin qatıldığı tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. Natiq real faktlar əsasında narkotiklərin genefondumuz üçün böyük təhlükə mənbəyi olduğunu bildirərək tədbir iştirakçılarını bu bəladan uzaq durmağa və daha faydalı işlərlə məşğul olmağa çağırıb.

Disskusiya şəraitində keçən seminarda müzakirə olunan mövzu ilə bağlı bir sıra tədbirlərin, o cümlədən məktəblilərin əl işlərindən ibarət rəsm müsabiqəsinin də keçirilməsi qərara alınıb.