Kişi boksçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 8-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
SİA-nın xəbərinə görə, avqustun 14-dən baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn yığma məşqlərini Bakı Boks Mərkəzində keçir.
Təlim-məşq toplanışına hər çəkidə 2 nəfər olmaqla, 16 boksçu cəlb olunub. Mundaiala hazırlığın son mərhələsində boksçularımız gündə iki dəfə məşq edir. Səhər hazırlığında əsasən fiziki çalışmalar yerinə yetirən idmançılarımız axşam məşqlərini rinqdə gerçəkləşdirirlər. Təlim-məşq toplanışı sentyabrın 5-dək davam edəcək. Bundan sonra boksçularımız Rusiya yollanacaqlar.
Qeyd edək ki, dünya çempionatı 8 çəki dərəcəsində keçiriləcək. Sentyabrın 8-də açılış mərasimi olacaq mundialda ilk döyüşlər ertəsi gün təşkil ediləcək. Qaliblərin adları isə sentyabrın 21-də dəqiqləşəcək.