Ermənistan mətbuatı Azərbaycana qarşı daha bir təxribat kampaniyasına başlayıb
19 Fevral 2011 20:00 (UTC+04:00)
Ermənistan mətbuatı Azərbaycana qarşı daha bir təxribat kampaniyasına başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu dəfə onların hədəfi Azərbaycan-Gürcüstan münasibətləridir. Erməni qəzeti yazır ki, Gürcüstandan narahatlıq doğuran məlumatlar gəlir. Erməni qəzetləri yazıb ki, guya Bakıdan gələn xüsusi elçilər Gürcüstanın azərbaycanlıların sıx yaşadığı məntəqələrdə - Marneuli, Qardabanı və Gürcüstanın digər rayonlarında böyük mükafat müqabilində Qarabağ müharibəsində iştirak etmək üçün muzdlular toplayırlar.
Qeyd etmək lazımdır ki, bu yazılar Ermənistan KİV-ləri tərəfindən həyata keçirilən növbəti yalançı təbliğat və dezinformasiyadır. Onlar ilk dəfə deyil ki, bu cür təxribat xarakterli hərəkətlər edirlər.