Arda Turanın transfer olunacağı Avropa klubları məlum oldu!

19 Fevral 2011 09:14 (UTC+04:00)
Türkiyənin "Qalatasaray" futbol klubunun kapitanı Arda Turanı öz heyətində görmək istəyən Avropa klublarının siyahısı bəlli olub. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun kapitanının meneceri olan Ahmet Bulut, "Radyospor"un suallarını cavablandıraraq bildirib ki, A.Turanın xarici futbol klublarına transfer olunmasına İstanbul klubunun rəhbərliyi qərar verəcək: "Əvvəlcə qoy Arda zədəsini tam sağaltsın. Çünki sağlığı birinci məsələdir. Mövsümün sonunda isə transfer məsələsini nəzərdən keçirə bilərik. Sevindirici haldır ki, onu transfer etmək istəyən kifayət qədər nəhəng Avropa klubları mövcuddur. Bunların arasında "Çelsi", "Atletiko Madrid" və "Bayern Münhen" klubları var. Bu olduqca gözəl məqamdır. Məncə onlar da bu futbolçunun xarakterini əla bilirlər. Amma tam əminliklə deyə bilərəm ki, A.Turanın yayda transferi baş tutarsa, Adnan Polat buna razılıq verərsə o bu klublardan birinə keçəcək."-deyə türk menecer fikrini tamamlayıb.