Çexiyanın təhsil naziri Yozef Dobeş öz kabinetinin direktoru Yana Maxalkova üçün elmi iş yazmaqda ittiham edilib. SİA-nın xəbərinə görə, Maxalkova Yan Amos Komenski adına özəl institutda təhsil alır. Onun kurs işinin mövzusu nazirin ictimaiyyətlə əlaqələri məsələsinə həsr edilib. Dobeş jurnalistlərə bildirib ki, o, Maxalkovanın kurs işini yalnız yoxlamış və təsdiq edib.
Eyni zamanda, nazir özünün ən yaxın köməkçilərinə, o cümlədən Yana Maxalkovaya ödənilmiş mükafat barəsində məlumatın KİV səhifələrinə düşməsindən narazılığını bildirib. Dobeş bu informasiyanı dərc edənləri məhkəməyə verib. Onun sözlərinə görə, tabeliyində olan şəxslərə mükafat onların buna layiq olduğuna görə verilib.