Emil Balayevin uğurlu seriyası davam edir

26 Avqust 2019 12:36 (UTC+04:00)
Futbol üzrə Qazaxıstan çempionatının lideri "Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasında 429 dəqiqədir ki, qapısından qol buraxmır. SİA-nın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 24-cü turda "Atırau" ilə matçda (2:0) da qapısını toxunulmaz saxlayıb. 25 yaşlı qolkiper bu göstəricidə hazırda ilk pillədə qərarlaşıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb. Qeyd edək ki, bu mövsümün rekordu da məhz E.Balayevə məxsusdur. O, 683 dəqiqə qapısına toxunulmaz saxlamışdı. Xatırladaq ki, Qazaxıstan çempionatları tarixində ən uzun seriyaya isə 921 dəqiqə ilə 2005-06 mövsümündə "Kayrat"da oynayan Sergey Boyçenko imza atıb.